Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Ağdam rayonunda “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyənin icrasına başlayıb. 12.06.2026-cı il tarixində Ağdam rayonu Quzanlı Qəsəbəsində layihə çərçivəsində “Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Layihə rəhbəri Şərqiyə Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verib.
Bildirib ki, “Azərbaycanda, xüsusilə bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Bu problemlər ictimai və özəl həyatın müxtəlif sahələrinə təsir göstərir. Layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır. Layihə çərçivəsində bölgələrdə sorğular aparılacaq və dəyirmi masalarda müzakirələr aparılacaqdır”.
Layihənin eksperti, Səadət Məmmədova gender problemləri haqqında ətraflı danışdı və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunması və sosial ədalətin bərqərar olması üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Sonra müzakirələr olub. Suallar cavablandırılıb.
Tədbirdə Ağdam Qadın Klubunun rəhbəri Rəna Teymurova, uzun illər Ağdam UADM-ın rəhbəri olmuş Yaqut Qəhrəmanova, “Qarabağa, Kolanıya Qayıdış” İctimai Birliyinin sədri Nəsimə Vəliməmmədova, Sosial iş üzrə mütəxəssis Günel Abbasova, Gülnarə Umudova, Ağdam Dövlət Musiqi Kollecinin pedaqoqu Xəyalə İxtiyarova, İcma lideri Elza Abdullayeva, Gültəkin Məmmədova müzakirələrdə fəal iştirak etdilər və mövzu ilə bağlı fikirlərini bildiriblər. Onlar layihənin mövzusunun çox aktual olduğunu vurğulayıblar.
İştirakçılardan Yaqut Qəhrəmanova , Nəsimə Vəliməmmədova ,Günel Abbasova, Elza Abdullayeva, Rəna Teymurova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər. Yekunda qiymətləndirmə aparılıb. Tədbirdə 20 nəfər iştirak edib.
Qeyd: Layihə Ağdam,Tərtər, Bərdə,Ağcabədi və Xocavənd rayonlarında 3 ay müddətində həyata keçiriləcək.














