General Hikmət Mirzəyev Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarına təşəkkür etdi

“Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz”.
Bunu Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimdə çıxışı zamanı Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev deyib.
“Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”, – o vurğulayıb
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Devalvasiyadan sonra ailə büdcəmiz necə dəyişib? –

Sonrakı məqalə

Sentyabrın 21-i Beynəlxalq Sülh Günüdür