General MSK-nın qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcək

Azərbaycan Silahlı Qüvvələrinin sabiq korpus komandiri, general Qabil Məmmədov deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı şikayət edəcəyini açıqlayıb.

Azpost.info bildirir ki, Q.Məmmədov Mərkəzi Seçki Komissiyasının barəsində qəbul etdiyi qərardan Bakı Appelyasiya Məhkəməsinə şikayət ərizəsi verəcək.

Dövlətimiz, gələcəyimiz qarşısında çiyinlərimə götürdüyüm bu ağır, məsuliyyətli və şərəfli missiyanı sona kimi yerinə yetirməyi özümə borc bildiyimdən, Mərkəzi Seçki Komissiyasının barəmdə qəbul etdiyi qərəzli qərarından Bakı Apelliyasiya Məhkəməsinə şikayət ərizəsi verəcək və şəbəkələşmiş saxtakar məmur-oliqarxlara qarşı mübarizəni hüquqi müstəvidə davam etdirəcəyəm. İnşallah qanunun aliliyi təmin olunar, haqq və ədalət öz yerini tutar.
Allah vətənimiz Azərbaycanı qorusun!”.

Xatırladaq ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. İmza vərəqələrini DSK təhvil versə də namizədliyi qeydə alınmamışdı.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi pozub

Sonrakı məqalə

Şimal bölgəsinə qar yağıb-