General Rövşən Əkbərovun cinayət işi ilə bağlı dindirmələr aparılır –

Baş Prokurorluq
19 Mart 2021 - 15:20

Sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işində dindirmələr və digər istintaq hərəkətləri həyata keçirilir.

Bu barədə Baş Prokurorluqdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunur ki, hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir. İstintaq zamanı zəruri dindirmələr və digər istintaq hərəkətləri həyata keçirilir.

Xatırladaq ki, sabiq birlik komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov 19 il əvvəl Ukraynada azərbaycanlı iş adamı Elçin Əliyevin qətlində şübhəli bilinir. O, martın 15-də saxlanılıb.