General Rövşən Əkbərovun cinayət işi ilə bağlı dindirmələr aparılır –Baş Prokurorluq

Sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işində dindirmələr və digər istintaq hərəkətləri həyata keçirilir.

Bu barədə Baş Prokurorluqdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunur ki, hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir. İstintaq zamanı zəruri dindirmələr və digər istintaq hərəkətləri həyata keçirilir.

Xatırladaq ki, sabiq birlik komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov 19 il əvvəl Ukraynada azərbaycanlı iş adamı Elçin Əliyevin qətlində şübhəli bilinir. O, martın 15-də saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Baydenin Putin barədə dedikləri dövlət başçısına yaraşmır” –

Sonrakı məqalə

“ASAN xidmət” martın 20-dən 28-nə qədər işləməyəcək –