Geologiya və Geofizika İnstitutu mikroskop ala bilmir
Orkhan Ali
29 Avqust 2025 - 09:46 (Last updated: 29 Avqust 2025 - 09:47)
Tender
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun 1 ədəd mikroskopun alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.