Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Geri çəkilənlər yerindəcə güllələnir, yaralılar təxliyə edilmirdi…”

User 13 Fevral 2023 - 14:11 (Last updated: 21 May 2025 - 20:15)
756740685482317

Ukraynada əsir götürülən iki “Vaqner”çi CNN-ə döyüşlər zamanı rus qoşunlarının böyük itkilər verməsindən və muzdlu döyüşçülərə qarşı amansız münasibətdən danışıb.

Azpost.info xəbər verir ki, CNN təhlükəsizlik səbəbi ilə müsahiblərinin adlarını açıqlamayıb, sadəcə söhbətin Ukrayna hərbçilərinin iştirakı ilə keçirildiyini qeyd edib.

Məhbuslar müsahibələrində Luqansk vilayətində Beloqorivkaya hücumu təsvir ediblər. Dediklərinə görə, onların dəstəsində olan 90 nəfərdən 60-ı artilleriya atəşi nəticəsində həlak olub: “Ağır itkilər hücumun davam etdirilməsinə əngəl yaratmırdı. Qruplardan biri uğur qazanmasa, növbətisi irəli gedir. Əgər o da uğursuz olarsa, üçüncüsü  göndərilir. Tapşırığı yerinə yetirmədən geri çəkilənlər öz komandirləri tərəfindən yerindəcə güllələnirdi. Hücuma keçməkdən imtina edən döyüşçünü öz məzarını qazmağa məcbur edirdilər. Yaralıların döyüş meydanından təxliyyəsi təmin edilmirdi. Onlar bunu öz güclərinə etməli idilər”.

“Vaqner”çilər keçmiş məhbuslar olduqlarını və “Vaqner”ə şəxsən hərbi qrupun qurucusu Yevgeni Priqojinin vasitəsilə cəlb olunduqlarını deyiblər. Onlardan biri qətl işinə görə 20 il həbs cəzasına məhkum edilibmiş.

Keçmiş məhkumlar bildiriblər ki, onlara 6 aylıq döyüşdən sonra əfv ediləcəkləri, cinayət keçmişlərinin götürüləcəyi, o cümlədən pul mükafatı və kreditlərinin ödəniləcəyi vəd edilib. Həmçinin deyilib ki, Ukrayna ordusunun əsgərləri qaçandan sonra Qərb ölkələrindən, xüsusən də Polşa və Almaniyadan olan muzdlularla döyüşəcəklər.

Azpost.info

 

Post navigation

Previous: Prezident yeni İES-nin təməlqoyma mərasimində iştirak edib
Next: Bakıda qəzalı vəziyyətdə olan bu yataqxanalar söküləcək –

Oxşar xəbərlər

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.