Hindistanda qeyri-adi nikah mərasimi keçirilib.
Azpost.info UPİ nəşrinə istinadən bildirir ki, evlənə bilməyən kasıblar üçün kütləvi toy təşkil olunub. 6 saat davam edən kütəliv toy mərasimində 2143 indus və müsəlman cütlük ailə qurub.
Tədbir “Ginnesin Rekordlar Kitabına düşüb.
Hər bir cütlük yerli hakimiyyət tərəfindən hədiyyələr alıb. Bura zinət əşyaları, yataq dəstləri, qab-qacaq, televizor və soyuducu daxildi.
Hakimiyyət bu tədbirin məqsədinin aztəminatlı cütlüklərin evlənməsinə və birlikdə yaşamağa başlamasına kömək etmək olduğunu bildirib.
Azpost.info