Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gizir, zabit və kursantlarla bağlı bu həbs cəzası ləğv olunur

User 04 Aprel 2025 - 11:22 (Last updated: 21 May 2025 - 20:15)
veteran pulu

veteran pulu

Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzasının tətbiqinə dair normalar ləğv olunur.

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, gizirlərə və miçmanlara hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs intizam cəzası ləğv olunur. Tabor (3-cü dərəcəli gəmi) komandirinin gizirləri və miçmanları hauptvaxtda saxlamaqla 3 sutkayadək həbs etmək, alay (briqada) komandirinin əsgəri hauptvaxtda saxlanmaqla 7 sutkayadək həbs etmək, diviziya, əlahiddə briqada (gəmilər briqadası), korpus komandirlərinin və qoşun növü komandanının gizirləri və miçmanları hauptvaxtda saxlanmaqla 10 sutkayadək həbs etmək hüquqları ləğv edilir.

Hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə cəzasının ləğvi təklif olunur. Alay (briqada) komandirinin kiçik zabitləri hauptvaxtda saxlanmaqla 3 sutkayadək həbs etmək , diviziya, əlahiddə briqada (gəmilər briqadası) komandirlərinin – kiçik zabitləri hauptvaxtda saxlanmaqla 5 sutkayadək həbs etmək, korpus komandirinin, qoşun növü komandanının kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək, silahlı qüvvələr növü komandanının zabitləri hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək hüquqları ləğv edilir.

Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozarlarsa hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs cəzasının ləğvi də təkliflər sırasındadır.

Hazırda qüvvədə olan qanuna əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər. Belə hallarda kiçik zabitləri generalların və admiralların, gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin, əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.

Layihəyə əsasən, gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu siyahıdan çıxarılır, həbs edilməyəcəklər. Başqa sözlə, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləxək. Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna da müvafiq dəyişikliklər təklif olunur. Qüvvədə olan qanuna əsasən, qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ var. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edir, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirir.

Layihəyə görə, qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini cəzasız qoymamalıdır. Qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ olacaq. Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edəcək, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu (zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirəcək.

Post navigation

Previous: Yaşlı adamı aldadıb bankomatdan 108 manat pensiyasını oğurladı
Next: TuranBank nüfuzlu maliyyə qurumundan kredit cəlb edib

Oxşar xəbərlər

infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.