Belarus prezidenti Aleksandr Lukaşenko mətbuat konfransı zamanı Rusiyada qiyam cəhdini çox ciddi qəbul etdiyini etiraf edib.
Azpost.info xəbər verir ki, onun sözlərinə görə, iyunun 24-də o, Belarus ordusunun döyüşə hazır vəziyyətə gətirilməsinə dair göstəriş verib.
Lukaşenko qeyd edib ki, 30 ildən artıqdır ki, müharibəyə hazırlaşıb və buna görə də Belarus vətəndaşları hazırda dinc səma altında yaşayırlar.
“Gizlətməyəcəyəm, Rusiyanın cənubunda baş verən hadisələri izləmək ağrılı idi. Tək mən yox, vətəndaşlarımızın çoxu baş verənləri ürəyinə saldı. Çünki Vətən birdir. Mən ordunun tam döyüş hazırlığına gətirilməsi üçün bütün əmrləri vermişdim”, – Lukaşenko bildirib.
Azpost.info
