Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Google İrandan yeni hesab açılışını məhdudlaşdırdı

User 27 Sentyabr 2026 - 20:20 (Last updated: 27 Sentyabr 2026 - 16:48)
google01

Google İran istifadəçilərinin yeni hesab qeydiyyatını məhdudlaşdırmağa başlayıb.

Məlumata görə, telefon nömrəsinin təsdiqlənməsi mərhələsində “+98” ölkə kodu ilə başlayan İran nömrələri sistem tərəfindən qəbul edilmir. Bəzi hallarda isə istifadəçilər təsdiq kodunun ümumiyyətlə telefonlarına gəlmədiyini bildirirlər.

Məhdudiyyət yalnız Gmail hesablarının qeydiyyatı ilə kifayətlənmir. Yeni istifadəçilərin Google-un digər xidmətlərinə çıxışında da problemlər yaranıb.

Söhbət Google Play, Google Drive, Google Photos və Android cihazlarında ehtiyat nüsxələrin yaradılması xidmətlərindən gedir.

İran istifadəçiləri əvvəllər də Google hesablarının təsdiqlənməsi və bərpası zamanı müəyyən çətinliklərlə üzləşiblər. Lakin hazırkı məhdudiyyətlərin konkret səbəbi Google tərəfindən hələ açıqlanmayıb.

İranda internetə çıxış daha da məhdudlaşa bilər

Məlumata görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar ölkədəki istifadəçilərin qlobal internet resurslarına çıxışını da çətinləşdirir.

Infrastructure Communication Company-nin məlumatına əsasən, ABŞ sanksiyaları İran istifadəçiləri üçün dünyanın iri saytlarının təxminən üçdə birini əlçatmaz vəziyyətə gətirib.

Beləliklə, Google hesablarının açılması ilə bağlı yaranan yeni problem İranda beynəlxalq onlayn xidmətlərdən istifadənin onsuz da məhdud olduğu bir şəraitdə baş verir.

Google APT35 barədə xəbərdarlıq edib

Google daha əvvəl İranla əlaqəli olduğu bildirilən APT35 haker qrupunun fəaliyyətinin artması barədə xəbərdarlıq etmişdi.

Şirkətin məlumatına görə, qrup İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilir və ən azı 2017-ci ildən fəaliyyət göstərir.

Google APT35-in dövlət rəsmilərinin, alimlərin, jurnalistlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, eləcə də xarici siyasət və milli təhlükəsizlik sahəsində çalışan mütəxəssislərin hesablarını hədəf aldığını bildirib.

Bu səbəbdən hesabların yaradılması və telefon nömrələrinin təsdiqlənməsi ilə bağlı tətbiq olunan yeni məhdudiyyətlərin təhlükəsizlik səbəbləri ilə əlaqəsinin olub-olmadığı da müzakirə olunur. Lakin Google hazırkı “+98” məhdudiyyətinin məhz APT35 fəaliyyəti və ya başqa konkret səbəblə bağlı olduğunu təsdiqləməyib.

AzPost.az

Post navigation

Previous: Evdən işləyənlərə xəbərdarlıq –
Next: Putin ABŞ-a gedəcək?

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.