Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Google” əməkdaşları Pentaqona etiraz edir

User 28 Aprel 2026 - 14:00 (Last updated: 28 Aprel 2026 - 13:17)
"Google" axtarış

"Google" axtarış

“Google” şirkətinin yüzlərlə əməkdaşlı icraçı direktor Sundar Piçayı şirkətin süni intellekt (AI) alətlərinin Pentaqon tərəfindən məxfi şəraitdə istifadəsinə icazə verməməyə çağırıb.

Süni intellekt layihələri üzərində çalışan əməkdaşların açıq məktubunda şirkətin ABŞ Müharibə Nazirliyi ilə davam edən danışıqları ilə bağlı narahatlıq ifadə olunub, texnologiyanın “məxfi iş yükü” üçün uyğun olmadığı iddia edilib.

Məktubda deyilir: “Hesab edirik ki, bu texnologiyaya yaxınlığımız onun ən qeyri-etik, habelə təhlükəli istifadəsini vurğulamaq və qarşısını almaq məsuliyyəti yaradır. Bu səbəbdən süni intellekt sistemlərimizi məxfi iş yükü üçün istifadə etməkdən imtina etməyinizi xahiş edirik”.

Əməkdaşlar əlavə ediblər ki, onlar süni intellektin bəşəriyyətə faydalı olmasını, qeyri-insani və ya son dərəcə zərərli yollarla istifadə edilməməsini istəyirlər. “Süni intellekt sahəsində çalışan insanlar olaraq, bu sistemlərin səhv etdiyini də bilirik”, -deyə məktubda vurğulanıb.

Məktubda süni intellektdən necə sui-istifadə edilə biləcəyinə dair nümunələr kimi ölümcül muxtar silahlar və geniş yayılmış nəzarət göstərilib. Qeyd olunub ki, bu mərhələdə buraxılan səhv bir qərar “Google” şirkətinin nüfuzuna, biznesinə və qlobal mövqeyinə ciddi şəkildə zərər verə bilər.

“The Information” nəşrinin məlumatına görə, “Google” ABŞ Müharibə Nazirliyi ilə süni intellektdən məxfi işlər üçün potensial istifadə ilə bağlı müzakirələr aparır. İlin əvvəlində “OpenAI” kompaniyası Pentaqon ilə razılaşma əldə etmişdi. Bu, onun texnologiyasından genişmiqyaslı daxili nəzarət və ya muxtar sistemlərə nəzarət üçün istifadə etməmək barədə razılaşmanı ehtiva edirdi.

AzPost.az

Post navigation

Previous: Bu savaş NATO-nun Rusiya ilə döyüşməyə hazır olmadığını göstərdi
Next: Prezident İlham Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər

nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48
kiber firildaq
  • Media

Hakerlər “Yeni Azərbaycan”ın saytına hucum edib – Yazılar silinib

User 12 Noyabr 2026 - 17:47
ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37

xƏBƏR

iran abs xerite
  • Dünya

ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir

User 12 Noyabr 2026 - 19:40
ABŞ İrana qarşı iqtisadi təzyiqləri genişləndirərək yalnız dəniz yolları ilə deyil, quru sərhədləri vasitəsilə həyata keçirilən ticarət...
Read more about ABŞ İranı quru yollardan mühasirəyə almaq istəyir
Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək? pensiya
  • Baş Yazı

Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək?

User 12 Noyabr 2026 - 19:28
Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08
Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib – VİDEO ilham dublin
  • Baş Yazı

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib – VİDEO

User 12 Noyabr 2026 - 18:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.