“Google”un onlayn xidmətlərinin işində problem yaranıb

14 Dekabr 2020 - 16:38

Dünyanın bir sıra ölkəsidə ABŞ-ın “Google” şirkətinin onlayn xidmətlərinin işində problemlər müşahidə olunur.

“APA-Economics”in məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin səhifəsində deyilir.

Problemlərlə bağlı şikayətlərin əksəriyyəti Avropa ölkələrindəki istifadəçilərdən gəlir. Xüsusilə, “Google” axtarış xidməti, “YouTube” video hosting, “Gmail” poçt xidməti və digərlərinin işində problemlərin olduğu bildirilir.