“Gördüyümüz işlər üçüncü ölkələr üçün təhdid deyil” –

HULUSİ AKAR
09 Noyabr 2021 - 12:59

“Zəfərdən sonra Türkiyə ilə Azərbaycanın qardaşlığı, tək millət olduğu bir daha hər kəs tərəfindən anlaşıldı, mənimsənildi. Eyni zamanda, bizimlə dost, qardaş olan, qədərini bölüşənlərlə də birliyimizi davam etdiririk”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.

O deyib ki, bütün bölgədə dostluq, sabitlik, sülh, rifah, güvən olmasını arzulayır: “Bununla bağlı həyata keçirəcəyimiz ilk işlər Gürcüstandakı işlərimizdir. Dəyərli qardaşım Zakir Həsənovla birgə Azərbaycanda, Gürcüstanda və Türkiyədə görüşərək uyğun şəkildə bildiklərimizi, təcrübəmizi, fikirlərimizi paylaşdıq. Bizim gördüyümüz işlərin heç biri üçüncü ölkələr üçün hər hansı təhdid və təhlükə deyil. Biz öz işlərimizi görmək, problemlərimizi həll etmək üçün birgə çalışırıq. Əməliyyatlar zamanı tam açıq şəkildə Azərbaycan və Türkiyənin yanında olan üçüncü ölkə Pakistan idi. Pakistanlı qardaşlarımıza da təşəkkür edirik. Onlarla birgə hərbi təhlükəsizlik, müdafiə təlimlərimizi davam etdiririk”.