Görücü Zirəddin Rzayev 5G ilə bağlı proqnozunda nə deyib?–Rusiyada aviaşirkətlərə hansı göstəriş verilib?  

Rusiyada məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bir proqnozu dünya aviasiya şəbəkəsinin bir xəbərdarlığı fonunda öz aktuallığını üzə çıxarıb.

Azpost.info bildirir ki, ABŞ-ın nəhəng aviadaşıyıcıları telekommunikasiya şirkətlərinin 5G xidmətinin C diapazonunda xaos yaradacağı ilə bağlı xəbərdarlıq ediblər. Ötən həftə açıqlanmış məktubda aviaşirkətlərin rəhbərləri bildiriblər ki, 5G siqnalına görə bir xeyli reysləri təxirə salmaq lazım gələcək.

ABŞ-ın Mülki Aviasiya İdarəsinin (FAA) və aviasənayenin nümayəndələri 5G-nin uçuşlara ciddi əngəllər yaradacağı barədə narahatlıqlarını ifadə ediblər. Onlar 5G siqnalının təyyarənin yerdən hündürlüyünü ölçən, həssas avadanlıq olan altimetrə potensial təhlükə ola biləcəyini deyiblər.

Altimetrlər 4,2-4,4 Giqahers diapazonunda işləyir. 5G-nin auksionda təklif olunan 3,7-3,8 giqahers dalğası isə bu diapazona çox yaxındır. Hündürlükdən əlavə altimetrin göstəriciləri həmçinin avtomatik enməni asanlaşdıran avadanlıqlarda və uçuş zolağında küləyin dəyişmə istiqamətini müəyyən etmək üçün istifadə edilir.

Maraqlıdır ki, görücü Zirəddin Rzayev bir neçə il əvvəl öz proqnozunda ABŞ və Britaniyanın yeni silah kəşf etdiyini açıqlamışdı. “Qərbdə Sputnikin, elektron və radio dalğalarının köməyi ilə yeni vasitə kəşf ediblər. Bu vasitə ilə naviqasiyanı pozur, efirə müdaxilə edir, ekipaj dispetçerlə əlaqə saxlaya bilmir. Bu məqsədyönlü müdaxilədir”-deyə görücü bildirib.

Z.Rzayevin sözlərinə görə, Sputnikin bu siqnalı təyyarələrin uçuşu zamanı qəza təhülkələri yarada bilər. O, proqnozunda deyib ki, 2023, 2025, 2026-cı illər aviaqəzalar üçün riskli illər olacaq.

5G siqnalı ilə bağlı ABŞ-da artıq narahatlıqlar açıqlanıb. Ötən həftə ABŞ-ın daşıyıcı şirkətləri tələb edirlər ki, telekommunikasiya nəhəngləri olan Verizon və AT&T şirkətlərinin  mobil rabitənin C diapazonunda (3,7-3,8 giqa hers) göstərdikləri 5G xidməti böyük hava limanları ətrafında işləməsin. Bu siqnallar müasir avialaynerlərdə olan həssas qurğularda əngəllər yarada bilər.

Ötən ilin dekabrında analoji məktubla Boeing və Airbus şirkətləri də yazıblar. Məktubda Airlines for America qrupunun keçirdiyi təhqiqatların nəticələri əks olunub.

Burada deyilir ki, əgər ABŞ-ın mülki aviasiya idarəsi (FAA) 2018-ci ildə bu diapazonda 5G standartından istifadəyə icazə versəydi bu gün 335 min sərnişin, 5400 yük reysi ya gecikərdi, ya istiqaməti dəyişdiriləcəkdi, ya da ümumiyyətlə ləğv olunacaqdı.

FAA ABŞ-ın 40 nəhəng hava limanlarında 5G-dən istifadəyə icazə vermir. Rusiya aviasiya idarəsi də bununla bağlı öz narahatlığını bildirib. Qurum rus aviadaşıyıcılarını 5G tətbiqinin bort avadanlıqlarına mümkün təsirindən ehtiyatlı olmağı tövsiyə edib.

Bununla bağlı “Aeroflot”, S7, Utair və Red Wings artıq tövsiyələr alıblar. Rusiya aviaşirkətləri hazırda bu tövsiyələri öyrənirlər.

Azpost.info

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Bəyin oğurlanması” filminin məşhur aktyoru vəfat etdi –