“Bəyin oğurlanması” filminin məşhur aktyoru vəfat etdi –FOTO

Rusiyanın əməkdar artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

TASS -ın məlumatına görə, aktyor dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb.

1993-cü ildən “Taqanka Aktyorlar Ansamblı”nın artisti olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafında xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni, II dərəcəli medalla təltif edilib.

O, həmçinin “1001-ci qastrol”, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” “Ölsəm… bağışla” filmlərində rol alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Görücü Zirəddin Rzayev 5G ilə bağlı proqnozunda nə deyib?–

Sonrakı məqalə

“Araik dedi ki, komanda “Şuşa” adını dəyişməlidir…Dəyişdik” –