“Göyçay xəstəxanası barədə yayılan məlumat doğru deyil” –

TƏBİB-dən təkzib
19 İyun 2020 - 13:10

Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB)mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, ötən gün tərəfimizdən xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib:

“Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.