Göyçayda Əbabil quşu müşahidə edilib

Göyçay rayonunda nadir quş növlərindən birinə rast gəlinib. 

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Yer üzündə adətən nadir hallarda görünən canlının “Qurani Kərimdə” adı keçən Əbabil quşu olduğu müəyyənləşib.

Belə ki, Göyçay rayon sakini Səid İsmayılov həyətində tanımadığı quşa rast gəlib, onu qidalanmaq üçün lazımi yemlə təmin edib.

Əbabil quşu bir neçə gün saxlanıldıqdan sonra səmaya buraxılacaq.

Qeyd edək ki, “Qurani Kərim”in “Fil” surəsində Əbabil quşlarından bəhs edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SEPAH-ın generalı və iki əməkdaşı öldürülüb

Sonrakı məqalə

Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşib –