Göyçayda 15 yaşlı oğlan doğum günü faciəli şəkildə ölüb

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu uşaqlarla birgə oynayarkən ehtiyatsızlıq edib, həyətin dəmir darvazasını qəflətən üstünə aşırıb. Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. O, tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib. Qeyd edək ki, 14 noyabr Fərid Qədirovun ad günü idi, onun 15 yaşı tamam olurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya sülhməramlılarının olduğu daha iki təyyarə İrəvana çatıb

Sonrakı məqalə

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb