Göyçayda intihar:25 yaşlı oğlan özünü asdı

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Rayonun Veysəlli kənd sakini, 1995-ci il təvəllüdlü Rüstəmov Səddar Fazil oğlu Kürdəmiş kəndində yaşayan dostu, 1975-ci il təvəllüdlü Rüzgar Mikayılovun həyətyanı sahəsində özünü kəndirlə asaraq öldürüb. Onun intihardan öncə “Haqqınızı halal edin, mən getdim” sözləri yazılan məktubu tapılıb.

Onun hansı səbəbdən özünə qəsd etməsinin səbəbi məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

A seriyasının təqvimi açıqlanıb

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb