Göyçayda tapılan qazla dolu şar təhlükəlidirmi?

mudafie nazir

Müdafiə Nazirliyi Göyçayda həyətə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumatara aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb:

“Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir. Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir