Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

“Gözəlçə” filminə çəkilmək istəmirdim…” –

User 16 Dekabr 2024 - 11:20 (Last updated: 21 May 2025 - 20:15)
ricard gir culiya

“Gözəlçə” kult filmində Riçard Girdən başqa kiminsə baş rolu oynadığını təsəvvür etmək çətindir. Bununla belə, aktyor 1990-cı ildə çəkilmiş bu romantik komediya filmində çəkilməkdən imtina edibmiş.

Azpost.info bildirir ki, bu barədə 75 yaşlı Gir  “The Hollywood Reporter’s Awards Chatter” podkastında aparıcı Scott Feinbergə müsahibsəində deyib: “Mən bu filmlə çox fəxr edirəm. Həm də bu filmə görə minnətdaram. Çünki o, mənə bir çox başqa şeylər etməyə imkan verdi”.

Lakin Gir etiraf edib ki, o, əvvəlcə filmi, xüsusən də ondan oynaması xahiş edilən varlı iş adamı Edvard Lyuis obrazını anlaya bilməyib.

“Orada heç bir xarakter yox idi. Mən ssenarini oxudum və dedim ki, bu mənim üçün olan rol deyil”deyən aktyorun sözlərinə görə, Edvard haqqında ilk təəssürat obrazın sadəcə “kostyum” təsiri bağışlaması olub.

O, rejissor Harri Marşalla görüşündə də əvvəlcə özünü  “öz qabında hiss etməyib”, çünki Gir həqiqətən də filmə çəkilmək istəmirdi.

“Biz ssenari haqqında danışmağa başladıq. Mən dedim:” Qulaq as, mən axı burada personajı görmürəm “-deyə Gir xatırlayıb. Marşall cavabında “gəlin onu tapaq” deyib.

Marşal həmçinin Giri artıq digər baş rol olan Vivian Uord rolunda çəkilmiş Culiya Robertslə görüşməyə inandırıb. Hətta rejissor gənc aktrisa ilə görüşdükdən 45 dəqiqə sonra kabinetinə zəng edərək onun haqqında nə düşündüyünü öyrənib.

“Mən dedim ki, o, cazibədardır. O, əladır”. Mən onunla danışarkən Cuilya kağıza “lütfən, hə deyin” yazdı. Mən dahanecə yox deyə bilərdim?”-deyə Gir vurğulayıb.

Film tamaşaçılar arasında böyük uğur qazandı. Romantik komediya janrının klassikinə çevrildi. Culiya Roberts hətta Vivian roluna görə ikinci Oskar nominasiyasını da alıb.

Azpost.info

Post navigation

Previous: Milli Məclisin iclası başlayıb, büdcə zərfi müzakirəyə çıxarılacaq
Next: Müdafiə və milli təhlükəsizlik xərcləri nə qədər olacaq?

Oxşar xəbərlər

svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17
tacir
  • Şou Biznes

Tacir Şahmalıoğlu səhhətindən danışdı:

User 07 Oktyabr 2026 - 16:17

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.