«Green Card»ın nəticələrinə az qaldı –AZƏRBAYCANDAN MÜRACİƏTLƏR AZALMAYIB

15 gündən sonra ABŞ-a köçmək istyənlərin qatıldığı «Green Card» lotereyasının nəticələri açıqlanacaq.

Hər il dünyala milyonlarla insan ABŞ-da işləyib yaşamaq üçün bu lotereyaya qoşulur və limitli sayda insan buna nail olur.

Azərbaycandan da hər il «Green Card» udmaq istəyən minlərlə insan bəxtini sınayır. Onların bir hissəsi həmin xidmət üzrə ixtisaslaşan “Greencard Azərbaycan” şirkətinə müraciət edir.

ABŞ-a köçmək istəyi o qədər güclüdür ki, bu il dünyanı bürüyən koronavirus pandemiyası və onun gətirdiyi çətinliklər də «Greencard» üçün qeydiyyatdan keçən azərbaycanlıların statistikasına təsir etməyib.

Bu barədə Fed.az-a“Greencard Azərbaycan” şirkətinin müştəri xidmətləri üzrə mütəxəssisi Rüfət Piriyev deyib.

O bildirib ki, şirkətdə ümumi Azərbaycan üzrə statistika yox, yalnız şirkətə olunan müraciətlər toplanır: “Şirkətə toplanan müraciətlərin sayı hər il eyni dinamika ilə davam edir. Demək olar ki, pandemiyanın müraciət sayına kəskin təsiri yoxdur. Müraciət sayı orta statistika ilə gedir”.

Rüfət Piriyev deyib ki, şirkətə istənilən yaş qrupundan müraciət edənlər var və nəticələr yaxın iki həftədə məlum olacaq: «ABŞ dövlət sistemində yazılan məlumata əsasən, nəticələr iyunun 6-da açıqlanacaq».

Qeyd edək ki, ötən il ABŞ-ın milli təhlükəsizlik nazirliyi “Green card”la bağlı yeni qaydalar açıqlayıb. Şirkət rəsmisi bildirir ki, qaydalarda nəzərdə tutulan bəzi tələblər müraciət edənlərin sayına təsir edib: «İki il əvvələ müqayisədə ötən il müraciət edənlərin sayı azaldı. Çünki yeni qaydalarda xarici pasport məlumatları tələb olunurdu. Hər kəsdə xarici pasport olmadığı üçün müraciət edənlərin sayı azalmışdı».

ABŞ hökumətinin «Green card»la bağlı tətbiq etmək istədiyi əsas yenilik müraciət edənlərin iqtisadi vəziyyəti ilə bağlı idi, şərtlərdən dolayısı yolla o məlum olurdu ki, Amerika iqtisadi vəziyyəti pis olan şəxsləri ölkəyə buraxıb onları özünə artıq yük etmək istəmir. Amma “Greencard Azərbaycan”dan bildirilib ki, hələlik bu tələblər işə düşməyib: «Hələ ki, ABŞ dövləti qəti olaraq yalnız imkanı olan şəxslərin “Greencard” qeydiyyatdan keçməsi və yaxud onlara icazə verilməsi barədə haqqında bir qanun qəbul etməyib. Bu sadəcə təklif idi və hələ təsdiqlənməyib».

Rüfət Piriyev deyir ki, bu il azərbaycanlılara nə qədər yerin ayrılması barədə statistik məlumat yoxdur: «Statistika yalnız müraciətlərdən sonra qaliblərin sayı açıqlananda məlum olur. Ümumi olaraq qitələr üçün yer ayrılır».

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 624 məhbus koronavirusa görə azadlığa buraxılıb

Sonrakı məqalə

“Atabank” və “Amrahbank”dakı əmanətlərin qaytarılması başlanır –