Güclü külək əsəcək, hava yağıntılı olacaq –XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 9-u gündüzdən 11-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 10-da ayrı-ayrı yerlərdə yağıntının intensivləşəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında martın 9-u axşamdan 11-səhərədək bəzi yerlərdə arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. 10-da ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Əvvəlki məqalə

Britaniyanın müdafiə naziri Kiyevə gedib –

Sonrakı məqalə

Müdafiə Nazirliyi ilə Türkiyənin “BAYKAR” şirkəti arasında müqavilə imzalanıb