Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Güclü külək Yevlaxda binaların damını uçurub, fəsadlar törədib –

User 16 İyun 2023 - 08:49 (Last updated: 21 May 2025 - 20:15)
kulek yevlax

İyunun 15-də axşam saatlarında yağışla müşayiət olunan güclü külək Yevlax rayonunun yaşayış məntəqələrinə ziyan vurub.

Külək nəticəsində Yevlax şəhərində ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, rayon üzrə 14 min abonentin (50 faiz) elektrik təminatı dayandırılıb.

Yevlax şəhərinin Nizami prospektində ticarət obyektinin, Q.Quliyev küçəsində 5 mərtəbəli, 45 mənzilli yaşayış binasının, Q.Əşrəfbəy küçəsində 5 mərtəbəli, 60 mənzilli yaşayış binasının dam örtüyü uçub.

Güclü külək nəticəsində şəhərin Nizami prospektində ağacın aşaraq Yevlax şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Rahib Fazil oğluna məxsus “Volsvagen Passat” markalı avtomobilin üzərinə aşıb.

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən 288-ci kilometrliyində, yolun kənarında yerləşən avtoservis binasının dam örtüyü uçaraq yola düşməsi nəticəsində yolda avtomaşınların hərəkəti 20 dəqiqə dayanıb.

Yüksək gərginlikli 6 kv-luq elektrik hava xəttinin dayağı Ərəbbəsrə kənd sakini Məmmədov Kərim Fərrux oğluna məxsus fərdi yaşayış evinin üzərinə aşması nəticəsində evin dam örtüyünə ziya dəyib. Külək nəticəsində rayonun Varvara kəndində də elektrik dirəyi qırılaraq aşıb.

Hazırda dəyən ziyanın araşdırılması davam etdirilir. (Azərtac)

Post navigation

Previous: “İstəyirəm yaxşı insan kimi yadda qalım” –
Next: Ermənistan Gədəbəy və Şuşadakı mövqelərimizi atəşə tutub, cavab tədbiri görülüb –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.