Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Güləli Bağırov: “Çin-Azərbaycan iqtisadi əməkdaşlıq mərkəzi açılır”

Orkhan Ali 09 Dekabr 2025 - 11:46 (Last updated: 14 Dekabr 2025 - 11:49)
1001663150

Azərbaycan Respublikasının “Azturk Holding” şirkətinin prezidenti Güləli Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Çinin Fushou bölgəsinə rəsmi səfər edib. 

AzPost xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi, hüquqi və biznes əməkdaşlığının genişləndirilməsi məqsədilə bir sıra yüksək səviyyəli görüşlər keçirilir.

Nümayəndə heyətinin Fushou səfərinin əsas məqsədlərindən biri Çin-Azərbaycan iqtisadi əməkdaşlıq və “Azturk Holding” – Çin-Azərbaycan biznes və hüquqi əməkdaşlıq mərkəzinin rəsmi açılışıdır. Bununla yanaşı, dünyanın ən böyük inşaat layihəsi sayılan “NeoOrdo” layihəsi üzrə əməkdaşlıq haqqında müqavilənin imzalanması nəzərdə tutulur.

Yüksək səviyyəli görüşlər planlaşdırılıb

“Azturk Holding” nümayəndə heyəti səfər çərçivəsində bir sıra yüksək rütbəli Çin rəsmiləri ilə görüşəcək. Görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanları və biznes mühitinin təkmilləşdirilməsi kimi məsələlər müzakirə ediləcək.

Görüş keçiriləcək rəsmilər arasında bunlar yer alır:

Zhou Zuyi – Fucian vilayəti komitəsinin katibi

Zhao Long – Fucian vilayəti qubernatoru

Cui Yonghui – Şiamen şəhər komitəsinin katibi

Wu Bin – Şiamen bələdiyyə başçısı

Zhang Yigong – ÇKP Quançjou şəhər komitəsinin katibi

Cai Zhansheng – Quançjou bələdiyyə başçısı

Su Yanhui – Quançjou Tayvan biznes investisiya zonası katibi

Liao Liangjie – Quançjou Tayvan biznes investisiya zonası direktoru

Fu Zhaoyang – Putian şəhər komitəsinin katibi

Dai Longcheng – Putian bələdiyyə başçısı

Görüşlərin əsas məqsədi iki ölkənin iqtisadi əlaqələrinin dərinləşdirilməsi və yeni layihələr üzrə əməkdaşlığın formalaşdırılmasıdır.

“NeoOrdo” – Avrasiyada yeni ticarət ekosistemi

“Azturk Holding”in irəli sürdüyü “NeoOrdo” layihəsi Avrasiyada ticarətin rəqəmsal transformasiyasını hədəfləyir. Layihə Çin-Azərbaycan-Avropa ticarət yolunda yeni nəsil logistika, sertifikatlaşdırma, gömrük və distribusiya sistemlərini birləşdirən vahid platforma yaradır.

Güləli Bağırov bildirib: “”NeoOrdo” platforması Çin şirkətlərinə Avropa və Qafqaz bazarlarına sürətli çıxış imkanı verəcək. Azərbaycan isə Çinin qabaqcıl texnologiyalarını öz iqtisadi inkişafında tətbiq edə biləcək”.

Layihənin əsas üstünlükləri arasında:

Ticarətin sürətləndirilməsi,

Logistika və sənədləşmə xərclərinin azaldılması,

Avropaya çıxış üçün vahid emal və sertifikatlaşdırma mərkəzlərinin yaradılması,

Azərbaycanın Qafqaz regionunda aparıcı tranzit mərkəzinə çevrilməsi dayanır.

Bundan əlavə, layihə Ələt Azad İqtisadi Zonası ilə sinerji yaradaraq Çin şirkətləri üçün gömrüksüz istehsal, vergi azadolmaları və sürətli qeydiyyat imkanları təmin edir.

Çinli investorlara açıq dəvət

Səfər çərçivəsində Çin iş adamlarına Azərbaycanda sərmayə imkanları da təqdim edilib.

Güləli Bağırov vurğulayıb ki, həm “Azturk Holding” həm də Azərbaycan dövləti Çindən gələn investorlar üçün şəffaf, təhlükəsiz və yüksək standartlara uyğun biznes mühiti yaratmaqda maraqlıdır.

O qeyd edib: “Azərbaycan-Çin əməkdaşlığı hər iki tərəf üçün qazan-qazan modelidir”.

Strateji əhəmiyyətli səfər

“Azturk Holding”in Çinə rəsmi səfəri təkcə yeni biznes imkanlarının açılması deyil, həm də Azərbaycanın Avrasiya ticarət xəritəsindəki rolunun gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Çin–Azərbaycan Biznes və Hüquqi Əməkdaşlıq Mərkəzi” və “NeoOrdo” layihəsi bu strateji əməkdaşlığın simvolu kimi çıxış edəcək.

AzPost.az

Post navigation

Previous: 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi qəbul edilib
Next: “ƏDV geri al” mexanizmi gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.