Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Günahkarlar məsuliyyətə cəlb olunsun!”

User 02 İyun 2023 - 14:21 (Last updated: 21 May 2025 - 20:15)
misel02

Müxtəlif ölkələrin, o cümlədən Orta Asiya ölkələrinin insan haqları təşkilatları Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə birgə müraciət imzalayıblar.

Azpost.info xəbər verir ki, bir sıra hüquq müdafiə təşkilatları Mişeli Orta Asiya ölkələrində insan hüquqlarının pozulmasına diqqət yetirməyə və Aİ-nin region ölkələri ilə tərəfdaşlığının daha da gücləndirilməsinin şərti kimi insan haqlarının vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar tələb etməyə çağırır.

Birgə müraciət İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Qazaxıstan Beynəlxalq Bürosu, Legal Prosperit Foundation (Qırğızıstan), İnsan Hüquqları üzrə Türkmən Təşəbbüsü və “Orta Asiyada İnsan Hüquqları” (Fransa) Assosiasiyası tərəfindən imzalanıb.

Şarl Mişeli regionda ötən il baş vermiş siyasi böhranlarla bağlı ciddi insan hüquqları pozuntularına görə cavabdeh olanların hamısının məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulamağa çağırıblar.

Onlar hesab edirlər ki, Qazaxıstanda, Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində və Özbəkistanın Qaraqalpaqıstan Respublikasında kütləvi etirazları və bundan sonra baş verən iğtişaşları yatırılması zamanı üç ölkənin hakimiyyət orqanları  yol verilmiş qanun pozuntuları ilə bağlı iddiaların hərtərəfli və müstəqil şəkildə araşdırılması üçün heç bir təsirli addım atmayıb və günahkarlar məsuliyyətə cəlb olunmayıb.

İyunun 2 və 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində Orta Asiya-Avropa İttifaqının sammiti keçiriləcək. Bu, region ölkələrinin liderləri ilə Avropa Şurasının prezidenti Şarl Mişelin ikinci görüşüdür. Birincisi 2022-ci il oktyabrın 27-də Astanada baş tutub.

Gündəliyə Orta Asiya ölkələri ilə Avropa İttifaqı arasında dialoqun inkişafı və qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri daxildir.

Azpost.info

 

Post navigation

Previous: Mədəniyyət Nazirliyinə kino çəkilişi üçün vəsait ayrılıb
Next: COVID-19-dan ölüm hallarının sayı son bir ayda 30 faiz azalıb

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.