Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gündə neçə saat yatmaq lazımdır? –

User 05 İyun 2023 - 07:50 (Last updated: 21 May 2025 - 20:15)
yatmaq

yatmaq

Hər bir insanın fərqli yuxu norması var. Bu yaş və fəaliyyət səviyyəsindən, həmçinin ümumi sağlamlıq və həyat tərzindən asılıdır. Stress və ya xəstəlik dövrlərində yuxuya ehtiyacınız arta bilər. Mütəxəssislər ümumiyyətlə böyüklərə hər gecə 7-8 saat yatmağı tövsiyə edir.

İnsanlar niyə çox yatırlar?

Səbəblər fərqli ola bilər. Məsələn, hipersomniya tibbi pozğunluğu olan insanlar gün ərzində həddindən artıq yuxululuqdan əziyyət çəkirlər və gecələr normaldan daha çox yatırlar. Hipersomniyadan əziyyət çəkən bir çox insan, demək olar ki, daimi yuxu ehtiyacı nəticəsində narahatlıq, aşağı enerji və yaddaş problemlərinin əlamətlərini yaşayır.

Yuxu apnesi insanların yuxu zamanı tənəffüsün müvəqqəti dayandığı bir xəstəlikdir. Bu, yuxuya olan ehtiyacın artmasına da səbəb ola bilər, çünki onun normal dövrünü pozur.

Təbii ki, çox yatan hər kəsin sağlamlıq problemi olmur. Çox yatmaq spirt və ya müəyyən dərmanların istifadəsi ilə əlaqədar ola bilər.

Niyə çox yatmaq pisdir?

Çox yatmağın yaratdığı bir neçə riski sizə təqdim edirik:

Diabet. Tədqiqatlar göstərir ki, hər gecə çox yatmaq və ya kifayət qədər yatmamaq şəkərli diabetin inkişaf riskini artıra bilər.

Piylənmə. Çox və ya az yuxu artıq çəki ilə əlaqələndirilə bilər.  7-8 saatdan çox  yatan insanlardan 21% daha çox piylənmə ehtimalı olur.

Baş ağrısı. Normadan çox yatan insanlar tez-tez baş ağrılarından əziyyət çəkirlər. Tədqiqatçılar hesab edirlər ki, bu, həddindən artıq yuxunun beyindəki müəyyən neyromediatorla təsiri ilə bağlıdır.

Bel ağrısı. Fiziki fəaliyyətin olmaması bel ağrısına səbəb olur.

Depressiya. Depressiyadan əziyyət çəkən insanların təxminən 15%-i çox yatır. Bu da öz növbəsində psixoloji vəziyyəti ağırlaşdıra bilər. Baxmayaraq ki, səbəb-nəticənin müəyyən bir pis dairəsi var.

Ürək xəstəliyi. Araşdırmaya görə,  72.000 qadının məlumatlarının təhlili göstərib ki, gecə 9-11 saat yatan qızlarda 8 saat yatan qadınlara nisbətən ürək-damar xəstəliklərinə tutulma ehtimalı 38% çoxdur. Bununla belə, tədqiqatçılar həddindən artıq yuxu ilə ürək xəstəlikləri arasındakı əlaqənin səbəbini hələ müəyyənləşdirə bilməyiblər.

 8-9 saatdan çox yatmaq normaldır?
Xəstəlik və ya aktiv fiziki fəaliyyətdən sonra normadan çox- yəni gündə 7-8 saatdan çox yatmaq normaldır. Lakin əgər orta hesabla daha çox yatırsınızsa, bu halda mütəxəssisə müraciət etmək lazımdır.

Azpost.info

Post navigation

Previous: Al Paçino sevgilisi Nur Alfalladan atalıq testindən keçməsini tələb edib
Next: Bakıda “Dodge” maşını dayanacağa çırpılıb, xəsarət alanlar var

Oxşar xəbərlər

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.