Ötən il Gürcüstan əhalisinin 19,5%-i yoxsulluq həddindən aşağıda yaşayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Şəhər əhalisinin 16,4%-i, kənd əhalisinin isə 23,7%-i yoxsulluq səviyyəsindən aşağıda yaşayıb.
Qeyd edək ki, 2018-ci ildə qonşu ölkədə bu göstərici 20,1% təşkil edib.