Gürcüstan Baş naziri Makronu yalan danışmaqda ittiham edib

Gürcüstan Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda qeyri-sabitlik yaratmağa çalışmasına dair fikirlərinə münasibət bildirib.

Kobaxidze jurnalistlərə açıqlamasında Makronun sözlərini yalan adlandırıb və ona diqqətini “qurban verilmiş və dağıdılmış” Ukraynaya yönəltməyi tövsiyə edib.

“Fransa Prezidenti məhv olmaq üçün qurban verdikləri Ukraynaya baxmalıdır. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm, bu, məhv edilmiş Ukraynadır”, – İrakli Kobaxidze bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.