Gürcüstan yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə Ermənistana yardım üçün tibbi işçiləri göndərəcək.
Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasında məlumat verib.
O bildirib ki, ölkənin Səhiyyə Nazirliyinə tibbi heyətin hazırlanması ilə bağlı tapşırıq verilib.
Baş Nazir qeyd edib ki, yardımın göndərilməsi üçün Gürcüstana Ermənistan tərəfindən müraciət olunub. (APA)