Gürcüstan hökuməti Saakaşvilinin saxlanılmasına nə qədər pul xərclədiyini- AÇIQLADI

“Gürcüstan hökuməti eks-prezident Mixail Saakaşviliyə digər məhbuslara nisbətən daha çox pul xərcləyir”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

O qeyd edib ki, Saakaşvilinin həbsxana və klinikalarda saxlanılmasına ildə təxminən 200 min lari xərclənib. Digər məhbuslar üçün isə ildə ortalama 17 min 400 lari nəzərdə tutulur.

Breqadzenin sözlərinə görə, həbsdə olduğu bütün müddət ərzində 1500-dən çox ziyarətçiyə Saakaşviliyə baş çəkməyə icazə verilib.

“Əgər ona işgəncə versəydik, bu qədər insanı ona yaxın buraxardıq?”, – Breqadze deyib.

Nazir həmçinin, Saakaşvilinin palatasından çəkilən videogörüntünün dərcini qanun pozuntusu hesab etmədiyini də bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Yaşıl enerji ilə bağlı saziş bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir töhfəmiz olacaq”-

Sonrakı məqalə

Gələn il Azərbaycandan təbii qazın ixracı ümumilikdə 24 milyard kubmetr olacaq-