Gürcüstan parlamentinin deputatları Kiyevə gəlib

Gürcüstan parlamentinin nümayəndə heyəti Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib. “Deputat həmkarlarımla birlikdə Kiyevə Gürcüstanın mesajını çatdırmaq üçün gəlmişəm. Kədərinizi hiss edirik, Gürcüstan Ukraynanı dəstəkləyir, gürcülər ukraynalıların tərəfindədir”, – spiker deyib. Papuaşvilidən başqa, nümayəndə heyətinin tərkibinə vitse-spikerlər David Sergienko, Arçil Talakvadze və Levan İoseliani, Diaspor Komitəsinin rəhbəri Beka Odişariya, “Lelo”, “Qirçi”, “Respublikaçılar” və “Gürcüstan naminə” partiyaların nümayəndələri daxildir. Azpost.info

Əvvəlki məqalə

Dünən ölkədə COVİD-19-a 14 nəfər yoluxub, ölən yoxdur

Sonrakı məqalə

Britaniya Rusiyanın tətbiq etdiyi sanksiyalara münasibət bildirdi