Gürcüstan parlamentinin qarşısında oturaq aksiya başlayıb- FOTO

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli prospektini bağlayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, onlar oturaq aksiya keçirirlər.

Mərkəzi prospekt boyu avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Patrul polis əməkdaşları avtomobil yolunu açmağa çalışsalar da, aksiyaçılar buna etiraz edirlər.

Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Etirazçılar bildiriblər ki, onlar oturaq aksiya ilə dinc itaətsizlik nümayiş etdirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali məktəb dərslikləri ƏDV-dən azad ediləcək?

Sonrakı məqalə

Prezident İlham Əliyev: