Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib.
TASS-ın məlumatına görə, o, həmçinin parlament seçkilərində total saxtakarlıq olduğunu bildirib.
“Bu gün burada ölkədə qalan yeganə müstəqil institut kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, saxtakarlıq, səslərinizin tamamilə oğurlanması idi”, – dövlət başçısı vurğulayıb.
Zurabişvili vətəndaşları oktyabrın 28-də dinc etiraz aksiyasına çağırıb.