Gürcüstan prezidenti Tovuzdakı döyüşlərlə bağlı bəyanat verdi

13 İyul 2020 - 21:41

Gürcüstan prezidenti Salome Zurabivili Azərbaycan-Ermənistan sərhəddindəki hərbi toqquşma ilə bağlı bəyanat verib.

Azpost.info Interpressnews-ə istinadən bildirir ki, Prezident baş vermiş qarşıdurmadan narahatlığını ifadə edib.

“Bu gün hamımızın gözəgörünməz düşmənə qarşı mübarizə apardığımız bir dövrdə beynəlxalq həmrəylik və qlobal sabitlik böyük əhəmiyyət daşıyır. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstan üçün olduğu qədər bizim dostlarmız və tərəfdaşlarımız olan Azərbaycan və Ermənistan üçün də çox vacibdir.  

Gürcüstan prezidenti vaxtında lazımi tədbirlər görüləcək və dinc danışıqlar vasitəsi ilə vəziyyətin daha da kəskinləşməsinin qarşısı alınacaq”.