Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.
Trend-in məlumatına görə, saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə “Mən qayıdacağam” yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.
S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: “Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq”.