“Gürcüstana ABŞ-ın HIMARS raket sistemləri verilməlidir”.
Azpost.info xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Adam Kinzinger deyib.
Onun sözlərinə görə, Rusiyanın mümkün hücumuna qarşı Gürcüstanın müvafiq silahlara ehtiyacı var.
Kinzinger hesab edir ki, Rusiya Gürcüstan ərazisinin bir hissəsini işğal edib və Ukrayna münaqişəsinə son qoymaq üçün orada müəyyən hərəkətlərə başlaya bilər. O, hansı ərazidən danışdığını açıqlamayıb.
Ukrayna böhranı kəskinləşəndən Gürcüstan milli maraqlarını qoruduğunu əsas gətirərək Rusiyaya qarşı sanksiyaları tam dəstəkləmir. Bu da Ukrayna və bir sıra Qərb dövlətlərinin tənqidinə səbəb olub.
Azpost.info