Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq- Hökumətdən qərar

Gürcüstana səfər edəcək turistlər sərhəddə son 72 saat ərzində koronavirusla bağlı keçdiyi testin mənfi nəticəsinin qeyd edildiyi sənədi təqdim etməli olacaqlar.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan ilk növbədə “yaşıl zona” elan olunan ölkələrdən turistlər qəbul edəcək:

“Ölkəyə gələcək ziyarətçilərdən “COVID pasport”u adlandırılan sənəd tələb olunacaq”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qiymətindən narazı qalan şagirdlər məktəbdaxili qiymətləndirmə üçün direktora müraciət edə bilərlər

Sonrakı məqalə

İran səfiri: