Gürcüstanda daha bir nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

03 Fevral 2020 - 22:01

Çindən Tbilisiyə qayıdan Gürcüstan vətəndaşı koonavirus şübhəsi ilə İnfeksiyon Xəstəliklər Xəstəxanasına yerləşdirilib. 

Bu barədə xəstəxananın direktoru Tengiz Tsersvadze bildirib.

Onun sözlərinə görə, həmin şəxs Çində işləyir və bu gün axşam saatlarında tranzit uçuş vasitəsi ilə Tbilisiyə qayıdıb. Hava limanında aşağı bədən temperaturu müşahidə edilsə də ona xəstəxanaya yerləşdirilməsi məsləhət bilinib.

T.Tsersvadze qeyd edib ki, həmin şəxsdə yoluxmanın simptomları olan yüksək hərarət və pnevmaniya müşahidə olunmayıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülənlərin sayı sonuncu şəxs daxil olmaqla 4 nəfərə çatıb. Onlardan ikisinin qan nümunələri analiz üçün Almaniyaya göndərilib və cavablarının sabah açıqlanacağı bildirilir.