Gürcüstanda həbsdə olan Saakaşvilinin səhhəti pisləşib

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvilinin səhhəti pisləşib.

Bu barədə onun anası Giuli Alasania jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, M.Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması olur.

G.Alasania əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Əksinə, sabiq Prezidentin vəziyyəti getdikcə ağırlaşır.

G.Alasania M.Saakaşvilinin müalicə üçün xarici ölkəyə nəql edilməyi gözlədiyini deyib.

Qeyd edək ki, ötən il sentyabrın sonunda qanunsuz yollarla Gürcüstana qayıtmış M.Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Sabiq Prezident həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki özəl klinikalardan birində müalicə alır. (APA)

Əvvəlki məqalə

Prezident Zirədə zeytun zavodunun açılışında iştirak edib

Sonrakı məqalə

İlham Əliyev Zirədə zeytun ağacı əkdi