Gürcüstanda pandemiya səbəbindən 2020-ci ilin noyabrından tətbiq olunan komendant saatı ləğv olunub.
Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasındakı operativ qərargahın rəhbəri Qeorqi Qibradze məlumat verib.
Onun sözlərinə görə, şuranın müvafiq qərarına əsasən, iyunun 30-da saat 23:00-dan etibarən komendant saatı tətbiq edilməyəcək.
Gürcüstanda komendant saatı ötən il noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilmişdi. Bu il iyunun 1-dən məhdudiyyət müddəti saat 23:00-dan 04:00-dək qısaldılmışdı.