Gürcüstanda son sutkada daha 165 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 2 392-yə çatıb. Yoluxan şəxslərin 1 369-u sağalıb, 19 nəfəri isə vəfat edib.
Hazırda 5 882 nəfər karantin zonalarında, 390 nəfər isə tibbi nəzarətdə saxlanılır.(Report)