Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1469 nəfərə çatıb. (APA)
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5524 nəfər karantində saxlanılır, 221 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1221 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.