Gürcüstanda maşın bazarının satıcıları tətil elan ediblər

- Bu səbəbdən
08 Noyabr 2019 - 12:16

Tbilisidə yerləşən İsani maşın bazarının satıcıları tətilə başlayıblar.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçılar icarəyə götürdükləri obyektlərin aylıq ödənişinin lari ilə ödənilməsini və məbləğin azaldılmasını tələb edirlər. Satıcılar ölkədə dolların bahalaşmasının onları çətin vəziyyət qarşısında qoyduğunu bildiriblər.

Tətilin bazar rəhbərliyinin tələbləri qəbul edənədək davam etdirilməsi nəzərdə tutulub.