Gürcüstanda seçkilərin ikinci turu oktyabrın 30-da keçiriləcək

03 Oktyabr 2021 - 13:02
Gürcüstanda seçkilərin ikinci turu oktyabrın 30-da keçiriləcək.
Azpost.info bildirir ki, bu barədə “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə məlumat verib.
MSK-nın ilkin nəticələrinə görə, 20 şəhərdə mer seçkiləri üçün ikinci tur keçiriləcək. Paytaxt Tiflisdə də mer postunun sahibi ikinci turda məlum olacaq. Hazırkı namizədlərin heç biri 50 faizlik səs yığa bilməyib.