Gürcüstanda seçkilərin ilkin nəticələri məlum olub

30 Oktyabr 2021 - 22:34

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hakim “Gürcü Arzusu” partiyasının yerli özünüidaretmə seçkilərinin ikinci tutunda bütün şəhər və bələdiyyələrdə qalib gəldiyini açıqlayıb.

Baş nazir “GORBI” araşdırmalar mərkəzinin həyata keçirdiyi “exit-poll” nəticələri ilə tanış olduqdan sonra bu barədə danışıb. İ. Qaribaşvili paytaxt Tbilisidə qələbə münasibəti ilə Kaxa Kaladzeni təbrik edib.

“İmedi” telekanalının sifarişi əsasında “GORBI” araşdırmalar mərkəzinin həyata keçirdiyi “exit-poll”un nəticələrinə əsasən hakim “Gürcü Arzusu”nun Tbilisi üzrə mer namizədi Kaxa Kaladze 57,2%, müxalif “Vahid Milli Hərəkat”ın namizədi Nika Melia isə 42,8% səs toplayıb. Digər böyük şəhərlərə gəlincə isə “exit-poll” nəticələrinə görə “Gürcü Arzusu” Batumidə 50,8%, Kutaisidə 51,9%, Rustavidə 53,8% səs çoxluğu ilə qalib gəlib.