Gürcüstanda son sutkada 218 nəfər koronavirusa yoluxub-

2 nəfər ölüb
22 Sentyabr 2020 - 11:07

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 218 yoluxma halı qeydə alınıb, 2 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 913 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 988 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 1 574 nəfərin sağaldığı, 22 nəfərin isə vəfat etdiyi bildirilir. (APA)