Gürcüstanda turizm müəssisələri növbəti 9 ay müddətinə əmlak vergisindən azad edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.
O bildirib ki, hökumətin antiböhran planına əsasən, turizm sektoru 2020-ci il ərzində əmlak vergisindən tam azad edilib. Nazir qeyd edib ki, hökumətin 6 ay müddətinə başlatdığı proqrama görə, illik dövriyyəsi 20 mln. laridən (6,2 mln. ABŞ dolları) çox olan hotellərə subsidiyaların verilməsi planlaşdırılır ki, bu da Gürcüstandakı hotellərin 95%-dən çoxunu əhatə edəcək.
N.Turnava həmçinin qeyd edib ki, turizm müəssisələrinin gəlir vergilərinin ödənişi də ilin sonunadək təxirə salınacaq.