Gürcüstanda üç yeni vitse-spiker təyin olunub- ADLAR

Gürcüstanın parlament sədrinə üç yeni müavin təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar qanunverici orqanın büro iclasında qəbul olunub.

Qərara əsasən, hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunun lideri Mamuka Mdinaradze, Giorgi Kaxiani və Kaxa Kuçava vitse-spiker təyin ediliblər.

Digər qərara əsasən, David Sonqulaşvili Avrointeqrasiya, İrakli Beraya Xarici əlaqələr, Nino Tsilosani Ətraf mühit və təbii resurslar, Genadi Marqvelaşvili Təhsil, elm və mədəniyyət, Quram Macraşvili isə Prosedur məsələlər üzrə komitəyə rəhbərlik edəcəklər.

Yeni sədr müavinləri və komitə sədrləri vəzifələrinə parlamentin plenar iclasında təsdiq olunacaqlar.

Qeyd edək ki, keçmiş iki vitse-spiker – Tamar Çuqoşvili, Zviad Dzidziquri və üç komitə sədri – Tamar Xulordava, Sofio Katsarava və Mariam Caşi vəzifələrindən bu yaxınlarda istefa veriblər. Buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidlə bağlı qanunun qəbul edilməməsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Valeh Ələsgərov yeni vəzifəyə təyin olundu

Sonrakı məqalə

Ölkə gələn il eyni vaxtda tibbi sığorta sisteminə keçə bilməyəcək –